Bazar, 19 May

Delta ştammına yoluxanlarda bu əlamət olur - Video

image

Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Xəbər verilir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, delta ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında delta ştammı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində delta ştammıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır.

Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də özünü çox göstərir və xəstəliyin özünü büruzə vermək müddəti 2 dəfə qısalıb. Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41