Cümə, 17 May

Suriyada terrorçular zərərsizləşdirildi

image

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin 7 döyüşçüsünü zərərsizləşdirib.

Xəbər verilir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, PKK/YPG terrorçuları "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışıb, amma vaxtında aşkar ediliblər və xüsusi təyinatlı dəstənin döyüşçüləri tərəfindən zərərsizləşdiriliblər.

PKK terrorçuları ötən əsrin 80-ci illərinin ortalarında Türkiyədə bir sıra terror aktları həyata keçiriblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58