Cümə, 17 May

Bakı Əfqanıstanla “siyasi sərhəd” qurur - iki ölkədəki səfirlər niyə dəyişdirildi?

image

Pakistan və Tacikistandakı diplomatları əvəzlənməsi Azərbaycanın “Əfqan prosesi”ndə fəal rol alacağı ilə bağlı xəbərlər fonunda diqqət çəkir

Prezident İlham Əliyev iyulun 16-da Azərbaycanın dörd ölkədəki (Pakistan, Tacikistan, Belarus və Qazaxıstan) səfirlərinin geri çağırılması barədə sərəncam imzalıayıb. Dövlət başçısı Əli Əlizadəni Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, onun yerinə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi vəzifəsində çalışan Xəzər Fərhadov təyinat alıb.

2017-ci ilin dekabrından Tacikistandakı diplomatik korpusumuza rəhbərlik edən Həsən Məmmədzadə isə Əlimirzamin Əskərovla əvəzlənib. Bu vəzifəyə kimi Ə.Əsgərov da Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi olub. Diplomat həmçinin uzun illər Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu olub.

Pakistan və Tacikistandakı səfirlərin dəyişdirilməsi Azərbaycanın “Əfqan prosesi”ndə fəal rol alacağı ilə bağlı xəbərlər fonunda diqqət çəkir. Yada salaq ki, iyulun 12-də Tacikistan prezidenti Emoməli Rahmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və rəsmi məlumata görə, ali rəhbərlik Əfqanıstanda artan gərginliyi müzakirə ediblər. Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan gərgin vəziyyət barədə Prezident Əliyevi ətraflı məlumatlandırıb. Tərəflər MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Məlumdur ki, ABŞ qoşunlarının Əfqanıstanı tərk etmək qərarından sonra Tacikistanla sərhəddə gərginlik artıb. Son olaraq isə “Taliiban” qüvvələrinin nəzarətində olan bölgələrdən qaçqın düşmüç etnik taciklərin Tacikistana axını güclənib.

Azərbaycanın “Əfqan prosesində” hələ 2001-ci il 11 sentyabr terrorundan sonra fəal rol almağa başlayıb. Bakı antiterror əməliyyatlarında Qərb müttəfiqlərinə dəstək verib, azsaylı olsa da, sülhyaratma missiyası Əfqanıstanda uzun müddətli fəaliyyət göstərib, hava sərhədlərimiz isə bu ölkəyə hərbi və humanitar yüklərin daşınmasında əvəzsiz rol oynayıb. Azırbaycan 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb “Asiyanın Ürəyi - İstanbul Prosesi” adlı regional platformada da təmsil olunur.

Qoşulmama Hərəkatına daha bir il də rəhbərlik edəcək Azərbaycanın bu təşkilata üzv olan Əfqanıstanla əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycanın Əfqanıstanın qanuni hakimiyyəti, eləcə də prezident Əşrəf Qəni ilə münasibətləri həmişə yaxşı olub. Əfqanıstan Qarabağda Azərbaycanın haqq işinə siyasi dəstək verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58