Bazar, 19 May

Zelenskinin Cozef Baydenlə görüşünün vaxtı açıqlandı

image

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri iyulun axırı reallaşa bilər. Lakin səfərin avqustun əvvəlinə keçməsi də mümkündür.

Xəbər verilir ki bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.

"Görüş iyulun son günləri - avqustun ilk günləri üçün planlaşdırılır. Təxminən bu aralıqda",-deyə o qeyd edib. Mətbuat katibi eyni zamanda görüşün bir qədər sonrakı tarixə salınmasının Ukraynanın "Naftoqaz" şirkətinin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı olmasına etiraz edib.

"Bu məlumatlar həqiqətə uyğun deyil. Bu, məntiqi və protokol məsələlərindən asılıdır. Görüş fəal şəkildə hazırlanır, tarixlər razılaşdırılır, kimsə kiməsə ultimatum vermir",- Nikiforov deyib.

Zelenski iyunun 7-də ABŞ Prezidenti ilə telefon danışığı zamanı bu ilin iyul ayının sonunda Ağ Evi ziyarət etmək üçün dəvət aldığını bildirib. Bu baxımdan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Zelenskinin Ağ Evə səfəri zamanı ABŞ-ın Donbasdakı nizamlanmaya cəlb edilməsi məsələsinin əsas məqama çevriləcəyini vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41