Bazar, 19 May

Planeti silkələyən güclü zəlzələ: 8,1 bal... - Təhlükə elan olundu

image

ABŞ-ın Alyaska ştatının sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Xəbər verilir ki, bu barədə ABŞ Təbii Fəlakətlərə qarşı Mübarizə Mərkəzi (NWS) məlumat yayıb.

Zəlzələ yerli vaxtla səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri Perrivill qəsəbəsindən 106 kilometr cənub-şərqdə yerləşib, mərkəzi 3.4 km dərinlikdə qeyd olunub.

Əvvəlcə təxminən 7.3 bal gücündə hiss olunan zəlzələ daha sonra 8.1-ə çatıb. Seysmoloqlar 6.2 bal gücündə yeraltı təkanlar da qeydə alıblar.

Dağıntı və tələfat barədə məlumat olmasa da, təbii fəlakətin baş verməsindən sonra seysmoloqlar bölgədə sunami təhlükəsi elan ediblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41