Cümə axşamı, 16 May

ABŞ Rusiya ilə nüvə silahı məsələsini müzakirə edəcək - BU TARİXDƏ

image

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, yüksək rütbəli ABŞ və Rusiya rəsmiləri dünyanın ən böyük nüvə silahı gücləri arasındakı gərginliyi azaltmaq üçün danışıqlara yenidən başlayıblar.

Xəbər verilir ki, qeyri – rəsmi məsləhətləşmələrdən sonra sentyabr ayında yenidən görüşmək haqqında razılğa gəlinib.

Bildirilib ki, Rusiya məsləhətləşmələrdən məmnun qalıb və ABŞ danışıqlarda konstruktiv dialoqa hazır olduğunu bildirib.

Dünyanın nüvə silahlarının 90 faizinə sahib olan ABŞ və Rusiya ölkələrinin prezidentləri Co Bayden və Vladimir Putin, “gələcək silah nəzarəti və risklərin azaldılması tədbirləri üçün zəmin hazırlamaq” yönündə strateji stabillik mövzusunda ikitərəfli dialoqa başlamağı qərara alıblar.

Qeyd olunub ki, görüş Cenevrədə keçirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00