Şənbə, 18 May

İsrail ordusundan əks həmlə: Livanın mövqeləri darmadağın edildi

image

İsrail ordusu Livanın cənubundakı bəzi nöqtələrə hava zərbələri endirib.

Xəbər verilir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin sözçüsü Aviçay Adre açıqlama verib.

O, İsrail döyüş təyyarələrinin dünən Livandan ölkə ərazilərinə raket atıldığı bölgələrə və terror məqsədləri üçün istifadə olunan tunelləri vurduğunu söyləyib. Adre İsraili hədəf alan terror hücumlarına cavab olaraq bombardmanın davam edəcəyi və bunun sayının artırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Livanın yerli mətbuatında İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Əd-Dimasqiyyə bölgəsinə iki hava zərbəsi endirdiyi barədə məlumatlar yayılıb.

İsrail avqustun 4-də Livandan ölkənin şimalına 3 raket atıldığını, bunlardan ikisinin bu ölkənin, digərinin isə Livan ərazisinə düşdüyünü açıqlaylıb. İsrail ordusunun buna cavab olaraq Livana top atdığı qeyd edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41