Cümə axşamı, 16 May

Gizli xəstəliyə tutulan MakSim komadan ayıldı

image

Rusiyanın ən populyar ulduzu MakSim kimi tanınan Marina Maksimovada gizli xəstəlik aşkar edilib.  

Xəbər verilir ki, özünü yaxşı hiss etmədiyi üçün iyun ayında xəstəxanaya aparılan müğənniyə ilkin tibbi yardım göstərilib. Lakin vəziyyətinin günü-gündən daha pisləşdiyini görən həkimlər MakSimi, koronavirus şübhəsi ilə reanimasiyaya yerləşdiriblər.  Amma müğənninin koronavirus nəticəsi neqativ çıxıb. 

Bundan sonra 1 aydan artıq komada olan müğənni gözlərini açsa da, xəstəliyi hələ də sirr olaraq qalır. Həkimlər onun gizli xəstəliyini üzərində araşdırmaların davam etdiyini  bildiriblər. 

Belə ki, ətraflı araşdırmalar nəticəsində Maksimovanın ağ ciyərlərinin təxminən 75 faizinin zədələndiyi açıqlansa da, bunun nəyə səbəb olduğu ilə bağlı dəqiq bir nəticə yoxdur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00