Cümə, 19 Aprel

Əli Həsənovun oğlunun sensasion əməlləri – “XəzərTV”-də xanım aparıcıya..

image

Bir neçə il əvvəl məşhur aparıcı, hamımızın “Çiçək” adı ilə tanıdığı Şəhla Vakkas “Xəzər TV”-dən ayrılması ilə gündəmə gəlmişdi. Uzun illər Xəzər Tv kollektivində çalışan Şəhla Vakkasın hansı səbəbdən telekanalı tərk etməsi hələ də müəmmalı olaraq qalır.

Ötən müddət ərzində aparıcı müxtəlif media resurslarına verdiyi müsahibələrində Xəzər TV-dəki köhnə kollektivi ilə çox yaxşı əlaqələrə malik olduğunu qeyd edib. İş yoldaşlarının ən çətin anlarında ona mənəvi dəstək olduqlarını bildirən Şəhla Vakkas, günü bu gün də köhnə kollektivi ilə səmimi əlaqələrə malik olduğunu vurğulayıb. Lakin qəribə şəkildə “yenidən Xəzər TV-yə qayıdarsınızmı?” sualına isə “Heç vaxt” cavabını verib. İnsanın bu qədər səmimi münasibətlər malik iş kollektivinə yenidə qayıtmaq istəməməsi şübhəlidir? Görəsən Xəzər TV-də Şəhla Vakkası narahat edən nə var idi ki, o yenidən telekanala qayıtmaq istəmirdi?

Ağlabatan tək iddia aparıcının həmin dövrdə “Xəzər TV”-nin rəhbəliyində olan şəxslərlə problem yaşaması ola bilər. Çünki necə ola bilər ki, kollektivə hörmət edəsən və səmimi münasibət saxlayasan, amma “Xəzər TV”-yə qayıtmağı heç vaxt düşünməyəsən. Deməli məhz rəhbərlik səviyyəsində aparıca qarşı atılan addımlar onu “Xəzər TV”-dən soyudan əsas səbəbdir.
Şəhla Vakkasın telekanaldan ayrılıdğı vaxtlarda isə “Xəzər TV”-yə Şamxal Həsənov rəhbərlik edirdi. Onu da qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğludur. 

Şamxal Həsənovun hansı əsasla gözəl və cazibədar aparıcı ilə hansı problem yaşaması isə bəzi suallar yaradır. Şəhla Vakkas öz sahəsində yetərincə peşəkar və uğurlu aparıcı kimi tanınır. Yəni, onun işinin və peşə bacarıqlarının telekanal rəhbərliyini razı salmadığını demək o qədər də inandırıcı gəlmir. Üstəlik yaşananalar hər nədirsə, Şəhla Vakkası uzun müddət depressiyaya düşməsinə və irəlidə ailəsini dağılmasına da səbəb olub.

Şamxal Həsənovun şəxsi keyfiyyətlərini də nəzərə aldığımızda baş verənlərin mənzərəsini canlandırmaq elə də çətin olmur. Böyük ehtimalla Şamxal Həsənov gözəl və cazibədar aparıcını cinsi qısnamaya məruz qoyub. Bunu da telekanal rəhbəri olmasının verdiyi güc və nüfuza arxalanaraq etməyə çalışıb. Şəhla Vakkasdan istədiyini ala bilməyən Şamxal Həsənov daha da iyrənc əməllərə əl atıb. Belə ki, telekanal rəhbəri Şəhla Vakkas haqqında əsassız iddialar və şaiələr yayıb. Telekanal işçiləri arasında, eyni zamanda fərqli çevərlərdə Şəhla Vakkasın şəxsi həyatı və  evlilik münasibəti, telekanal rəhbərliyi ilə romantik münasibətə can atması ilə bağlı iddialar səsləndirib. 

Aparıcı isə evli olduğuna və Şamxal Həsənovun, eyni zamanda onun atasının güc və nüfuzuna görə haqqında birbaşa Şamxal Həsənov tərəfindən yayılan əsassız şaiələri ictimailəşdirməkdən çəkinib. Tək çarə kimi telekanalı tərk etməkdə görüb. Aparıcını öz cinsi qısnamaları ilə təngə gətirən Şamxal Həsənov Şəhla Vakkasın “Xəzər TV”-ni tərk etməsində əsas rol oynayıb. Lakin Şamxal Həsənovun üərəyi bununla da soyumayıb və Şəhla Vakkas “Xəzər TV”-dən ayrıldıqdan sonra da onun haqqında oxşar böhtanlar və şaiələr yaymaqda davam edib. Nəticədə günün gündən böyüyən bu cür şaiələr Şəhla Vakkasın ailəsinin dağılması ilə nəticələnib. Şamxal Həsənov gənc aparıcıdan onu rədd etməyin qisasını ailəsini dağıtmaqla alıb.

Bu müddət ərzində məsələdən xəbərdar olan, lakin işlərini itirmək istəməyən telekanal kollektivi də Şəhla Vakkasa mənəvi dəstək olmağa çalışıblar.

Şəhla Vakkasın “Xəzər TV”-dən ayrılması ilə bağlı olan problemləri bir müddət mediada işıqlandırılsa da, daha sonra unuduldu. Sanki “görünməz bir əl” bu söz söhbətlərin daha çox tirajlanmasına məqsədli şəkildə əngəl odlu. Şəhla Vakkasın özü də məsələ ilə bağlı hər hansı açıqlama vermədi.
Şəhla Vakkasın işi ilə bağlı məsələ yalnız 2019-cu ildə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun işdən çıxarılması, ardınca da Şamxal Həsənovun “Xəzər TV” rəhbərliyindən uzaqlaşdırılması sonra yenidən gündəmə gəldi. Əli Həsənovun öz gücünü itirməsi vəzifədə olduğu müddət ərzində həyata keçirdiyi, yaxud da ört basdır etməyə çalışdığı bir çox mətləbin də üstünü açdı. Bu əməllər içərisində oğlu Şamxal Həsənovun tabeliyindəki xanım əməkdaşları cinsi qısnamaya məruz qoyması ilə bağlı faktlar da yer aldı. 

Şəhla Vakkasla bağlı baş verənlər Şamxal Həsənovun “ovlarından” sadəcə biridir, onun başqa əməkdaşları da öz caynağına keçirdiyi, kimlərə qarşı bu cür qısnamalar etdiyi və kimlərin ailəsini dağıtdığını təsəvvür etmək belə dəhşətlidir.

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17