Cümə axşamı, 16 May

Stiven Kinqin yeni kitabı COVID-19 pandemiyası haqda olacaq

image

Amerika yazıçısı Stiven Kinq koronavirus haqqında kitab yazmaq istədiyini açıqlayıb. Bunun üçün o, 2020-ci illərin hadisələrindən istifadə etmək və bu hadisələrin özünü romanda necə göstərəcəyinə baxmaq istədiyini izah edib.

Xəbər verilir ki, bu barədə King özü "The View” tok-şousunda məlumat verib.

Stiven Kinq daha sonra əlavə edib ki, koronavirus haqqında 2021-ci il avqustun 3-də çıxan “Billi Sammers” detektiv romanında da bəhs edib. Romanın qəhrəmanları dəniz səyahətinə yollanırlar, lakin koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunduğundan 2020-ci ildə bu mümkün deyildi. Odur ki, yazıçı hadisələri 2020-ci ildən 2019-cu ilə keçirməyə məcbur olub ki, süjet inandırıcı görünsün.

Stiven Kinq öz ədəbi karyerası boyunca 50-dən çox roman yazıb və bu romanlar təxminən 350 milyon nüsxədən artıq tirajla çap olunub. Onun ilk əsəri “Kerri” 1970-ci ilin ortalarında işıq üzü görüb. Bundan sonra çapdan çıxan “Parıltı” romanı yazıçıya dünya şöhrəti qazandırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00