Cümə, 17 May

Kaliforniyanın ikinci ən böyük yanğını davam edir 

image

Təxminən 3 həftə əvvəl ABŞ-ın Kaliforniya ştatının meşə sahəsində başlayan və "Dixie" adlanan yanğınlar əyalətin şimalını viran qoyub. 

Xəbər verilir ki, yanğın Kaliforniyanın ikinci ən böyük yanğını olaraq qeydə alınıb. Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsi yanğınla bağlı hesabatı paylaşıb. 

Bildirilib ki, sözügedən hadisə nəticəsində 187 min hektardan çox meşə və ərazi yanıb. 

Məlumata görə, indiyə qədər minlərlə insan təxliyə olunsa da, heç kim ölməyib.

Qeyd edək ki, şiddətli yanğınları söndürmək hələ də mümkün olmayıb. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41