Cümə axşamı, 28 Mart

Bir fotonun tarixcəsi ...

image

Bir neçə gün öncə sosial şəbəkələrdə keçmiş məmurlarla bağlı qəribə bir fotoşəkil paylaşıldı. Fotoşəkildə ağ köynəkli bir nəfərin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məlumat verdiyi görünür. Ramiz Mehdiyevin ətrafında yer tutan keçmiş məmurların davranışları isə fotonu daha da dramatik edən amildir.

Administrasiya rəhbəri kimi Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi sistemində aparıcı şəxslərdən biri hesab olunurdu. Özünü “Boz kardinal” adlandıran Ramiz Mehdiyev parlamentdəki deputatları və bir sıra nazirləri belə özünə tabe etməyə cəhd göstərirdi. “Boyundan böyük” fəaliyyətlər və qaranlıq əməllərlə məşğul olan Ramiz Mehdiyev dövlət daxilində “5-ci kolon” yaratmağa cəhd göstərdiyi üçün vəzifəsindən kənarlaşdırıldı.

Günü bu gün də Ramiz Mehdiyevin siyasi sistemin içərisinə yerləşdirdiyi özü ilə eyni düşüncəli şəxslərin təmizlənməsi prosesi davam edir. Özü isə Elmlər Akademiyasında institut rəhbərini dəyişdirməklə hələ də sağ olduğunu göstərməyə çalışan “siyasi ölü”nü xatırladır.

Fotoşəkildə xüsusilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun davranışı diqqət çəkir. O, gizli şəkildə Ramiz Mehdiyevlə həmsöhbəti arasındakı danışıqları dinləməyə çalışır. Gözü və qulağı hər zaman başqalarının işlərində olan Əli Həsənov görəsən bu dəfə kimi hədəf almağa çalışır?

Fotoşəkil Əli Həsənovun vəzifədə olduğu vaxtlardakı mənimsədiyi vərdişləri əyani olaraq nümayiş etdirir. Bəlkə də, o, Ramiz Mehdiyevə verilən məlumatı kiminsə əleyhində dəlil kimi istifadə etmək üçün dinləyir. Çünki Əli Həsənovun əlində ən xırda, önəmsiz informasiya belə şişirdilə və şantaj alətinə çevrilə bilərdi. Nəticədə, bu vaxta qədər reketçiliyi və şantajı, şər-böhtanı məhz Əli Həsənovun yaradıcılığında müşahidə etmişik.

Təsadüfi deyil ki, Əli Həsənov onlarla jurnalisti, məmuru və siyasətçini məhz bu metodlarla hədəf alaraq adlarını ləkələməsi ilə tanınıb. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov haqqında “ayı kababı yeməsi” məsələsini gündəmə gətirmək, jurnalist Səxavət Nura qarşı şər-böhtan kampaniyası aparmaqla onun ölkəni tərk etməyə məcbur etmək bunlardan cəmi bir neçəsidir. Elə bu baxımdan da fotoşəkil Əli Həsənov kimi məmurların siyasi əxlaqsızlığının və zərərli düşüncəsinin simvoludur.

Siyasi sferanı öz düşüncələri ilə çirkləndirən Əli Həsənov eyni zamanda Azərbaycan mətbuatını tamamilə məhv olmaq dərəcəsinə gətirib çıxarmış şəxsdir. Reket jurnalistlərə havadarlıq edən və müstəqil jurnalistikanın sonunu gətirən Əli Həsənovun yetirmələri sahibləri kimi bu gün də Azərbaycan media məkanını murdarlamaqda davam edir. Jurnalistikanı ələ baxımlı bir vəziyyətə salınması, təhqir, şər, böhtan mediasının formalaşdırılması məhz Əli Həsənovun “zəkasının” bir nəticəsidir.

İllərdir birlikdə çalışdıqları həmkarlarının ayağının altını qazan Əli Həsənovun və onun əqidə yoldaşlarının oxşar əməlləri bu gün heç kəsə təəccüblü gəlmir. Aralarındakı şəxsi münasibətlərdə belə ikiüzlü olan bu şəxslərin Azərbaycan xalqına qarşı öz vəzifə öhdəliklərini nə dərəcədə yerinə yetirdikləri də şübhəlidir. Çünki onları tanıyan hər kəs bu şəxslərin kim olduqlarına və nəyə xidmət etdiklərinə, hansı məqsəd üçün çalışdıqlarına yaxşı bələddir.

Bu fotonun tarixi əhəmiyyəti Əli Həsənov kimilərin illər öncə də eyni düşüncə və davranışın, eyni simasızlığın daşıyıcısı olduqlarını və heç vaxt dəyişmədiklərini ortaya qoymasındadır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25