Cümə, 17 May

7 kiloqram narkotiklə tutulan qadına hökm oxundu

image

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan qadın hakim qarşısına çıxarılıb.

Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Pərvin Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin satışında ittiham olunan P.Vəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, Pərvin Vəliyeva saxlanılan zaman onun üzərinə və evinə baxış keçirilib. Baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram heroin, 3 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Vəliyeva narkotik vasitələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından əldə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41