Polisdən “patı” əməliyyatı: 11 nəfər saxlanıldı - FOTOLAR
Polisdən “patı” əməliyyatı: 11 nəfər saxlanıldı - FOTOLAR
Lənkəranda növbəti “patı” əməliyyatında on bir nəfər saxlanılıb, onlardan birindən silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid dörd ədəd patron aşkarlanaraq götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar.
Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Aftafa.tv