Bazar ertəsi, 20 May

Ruslar atəşkəsi pozdu: Ukrayna ordusu itki verdi

image

Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Xəbər verilir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, Donbasın Zolotoye 4, Vodiyane, Şirokino, Novomihaylovka və Prisepilovka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü bildirilib. Həmçinin ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub.  Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 5 dəfə pozduğunu açıqlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41