Cümə axşamı, 25 Aprel

Deputat Rüfət Quliyevin siqaret monopoliyasının sonu

image

Azərbaycanda Milli Məclisdə təmsil olunan deputatların bəzilərinin biznes fəaliyyəti ilə məşğul olması faktı yəqin ki, bir çox oxucuya məlumdur. Hətta bu deputatlardan bəziləri dövlət əhəmiyyətli sahələrdə monopoliya yaradacaq qədər irəli getməyə nail olub. Halbuki, mövcud qanunvericilikdə millət vəkili olan bu şəxslərin biznes fəaliyyəti ilə məşğul olmaları qadağan edilib. Bu dəfə haqqında məlumat verəcəyimiz Milli Məclisin deputatı Rüfət Quliyev də məhz belələrindəndir.

Uzun müddət idi ki, Azərbaycanda siqaret monopoliyası Milli Məclisin deputatı Rüfət Quliyev tərəfindən idarə olunduğu məlumdur. Hətta bu barədə bir neçə il öncə mətbuatda silsilə məqamələr tirajlanıb, deputat Rüfət Quliyevin obyektlərinin siyahısı ictimailəşdirilib. Lakin əldə etdiyimiz məlumatlara görə, son dövrlərdə deputatın siqaret monopoliyası əlindən alınıb.

Rəsmi sənədlərdə iqtisad elmləri üzrə professor və yüzlərlə elmi məqalənin müəllifi kimi görünən Rüfət Quliyev Azərbaycan ictimaiyyətində intellektual fəaliyyəti ilə deyil, ölmüş dostunun xanımından 40 min dollarlıq borc müqabilində 328 min dollar istəməsiylə tanınıb. Bu borcu yüksək faizlə verən deputatın sələmçilik fəaliyyəti 2016-cı ildə mərhum dostu Namiq Səfərovun yoldaşı Nuranə Səfərovanın Milli Məclisin o dövrdəki sədri Oqtay Əsədova yazdığı məktubla gün işığına çıxıb.

Rüfət Quliyev artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat seçilib və parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı olmasa da, şəxsi biznesilə əlaqədar kifayət qədər uğurlarının olduğu qeyd olunur. Belə ki, Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.

O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “European Tabacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. Bu şirkət ölkədə siqaret istehsalı ilə məşğul olan iki yerli şirkətdən biridir. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində Rüfət Quliyev etiraf etmişdi ki, Azərbaycanda bazarın siqaret tələbatının 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizdən çox olduğunu iddia edirdi.

Onun deputat seçildiyi Lənkaranda bir çox obyekti özəlləşdirdiyi məlumdur. Belə ki,  Haftuni Çay Fabriki Rüfət Quliyevin əmisi oğlu Rəşid Quliyevin adına özəlləşdirib. Lənkəran Çay 5 fabrikini isə əmisi Fərman Quliyevin adına keçirib. Eyni məkanda həmdə daha sonra Bakıda satılan Dekorativ Bitkilər istehsalı müəssisəsi yaradılıb. Lənkəranın mərkəzində 3 mərtəbəli Mətbəə, 2 mərtəbəli “Alov” kompleksi, Sarı qəsəbəsində Üzümçülük kompleksi və Lənkəran Pivə zavodu (Keçmiş Smeştorg- Qarışıq Mallar zavodu) da Rüfət Quliyevin nəzarətində olan obyektlərdən bəziləridir.

Onun bu qədər obyektləri ələ keçirməsində keçmiş MTN naziri Eldar Mahmudovun rolunun olduğu da qeyd olunur. Eldar Mahmudovun yaxın adamlarından olan Çingiz Əsədullayevlə Rüfət Quliyevin çox yaxın dostluq münasibətləri olduğu məlumdur. Hətta mətbuatda “European Tabacco Baku” şirkətində Eldar Mahmudovun da hissələrinin olması ilə bağlı iddialar səsləndirilmişdi.

Rüfət Quliyev “European Tabacco” ilə yanaşı “Gabala wine” şirkətinin də sahibidir. Lakin bir müddət əvvəl 2017-ci ildı hər iki şirkət deputatın əlində alınıb. Bu işin əsas səbəbi isə adı çəkilən hər iki şirkətdə aparılan yoxlamalar zamanı külli miqdarda yeyinti və maliyyə fırıldaqlarının aşkar edilməsidir. Belə ki, “European Tabacco Baku” ASC-də yerli siqaretlərin istehsalı əvəzinə xaricdən daha ucuz və keyfiyyətsiz siqaretlər gətirilib. Bu siqaretlər şirkət daxilində yenidən qablaşdırılaraq yerli məhsul adı altında bazara çıxarılıb. İstehsal prosesi üçün ayrılan maliyyə vəsaitinin böyük bir hissəsi isə şirkət rəhbərliyinin çibinə gedib. Müəyyən olunub ki, bu əməllərin həyata keçirilməsi birbaşa Rüfət Quliyevin adı ilə bağlıdır. 

Deputatın nəzarətindən çıxan bu şirkətlərin idarəçiliyi kənd təsərrüfat naziri İnam Kərimovun atası İmdad Kərimova həvalə edilib. 

Hər iki şirkətin rəbərliyindən uzaqlaşdırılan Rüfət Quliyev fəaliyyətini ixtiası üzrə elmi məqalələr yazmaqla və CBC telekanalında iqtisadi məsələlər üzrə ekspert kimi çıxış etməklə keçirir. Deputat br müəddət əvvəl telekanalda yayımlanan “sahibkar saatı” verilişində də iqtisadi mövzularla bağlı çıxış edir, öz “analizlərini” izləyicilərlə bölüşürdü. Deyəsən son dövrlərdə Rüfət Quliyev öz intellektual səviyyəsi ilə gündəmə gəlməklə, biznes fəaliyyətində yol verdiyi qüsurların yaddan çıxacağını düşünür.

Deputatın nəzarətində olan digər obyektlərin taleyi isə hələlik məlum deyil. Bu obyektlərin də Rüfət Quliyevin əlindən alınıb alınmayacağı məlum deyil. Bu istiqamətdə araşdırmamız davam edir.

Aftafa.tv

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33