Bazar ertəsi, 20 May

Yunanıstan od içində: 10 kənd boşaldılıb

image

Ötən gün Afina yaxınlığındakı son şam meşələrindən birində yanğın baş verib.

Xəbər verilir ki, yunan xilasetmə qrupları gün ərzində yanğınla mübarizə aparıb.

Onlar mövcud vəziyyətlə əlaqədar evlərin risk altında ola biləcəyini açıqlayıb.

Ümumiyyətlə, Yunanıstan daxilində son həftələrdə 500-dən çox meşə yanğını baş verib və minlərlə insanın təxliyə edilib.

Təkcə Bazar ertəsindən bəri təxminən 10 kiçik kənd boşaldılıb.

Əraziyə Polşadan 400-ə yaxın yanğınsöndürən, 15 helikopter və 6 yanğınsöndürmə təyyarəsi göndərilib.

Türkiyə və Tunis də daxil olmaqla, Aralıq dənizi bölgəsindəki digər ölkələr kimi, Yunanıstanda da bu yay onilliklər ərzində ən yüksək temperatur müşahidə edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41