Cümə, 17 May

Pentaqon Əfqanıstanda Əl-Qaidə və İŞİD yaraqlılarının olduğunu açıqlayıb

image

“Əl-Qaidə və İŞİD terror təşkilatlarının silahlıları Əfqanıstanda mövcuddur, lakin onların dəqiq sayı ABŞ hökumətinə məlum deyil”.

Xəbər verilir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında bildirib. Kibri deyib ki, İŞİD kimi Əl-Qaidənin də Əfqanıstanda olduğunu məlumdur: “Düşünürəm ki, onların şəxsiyyəti təsdiq edən sənədləri yoxdur və heç bir yerdə qeydiyyatdan keçmirlər. Onlara aid mükəmməl bir şəklimiz yoxdur”.

Pentaqon sözçüsü əminliklə bildirib ki, 20 il əvvəlki kimi vətənimiz üçün təhlükə yarada biləcək qədər əhəmiyyətli bir varlıq yoxdur: “ABŞ radikal “Taliban” hərəkatının amerikalılara qarşı şiddətini qəbuledilməz hesab edirik”.

O əlavə edib ki, ABŞ-ın vəzifəsi Kabil hava limanında etibarlı təhlükəsizliyi və hava nəqliyyatını təmin etməkdir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41