Bazar ertəsi, 20 May

“Taliban”dan əfqan qadınları ilə bağlı ŞOK QƏRAR

image

“Taliban” Əfqanıstanda işləyən qadınların “keçici mərhələdə” evdən çıxmamalarının vacib olduğunu elan edib.

Bunu paytaxt Kabildə “Taliban”ın sözçüsü Zabihullah Mücahid deyib.

O, buna səbəb kimi təhlükəsizlik qüvvələrinin qadınlarla danışmaq mövzusunda seminar keçmədiyini göstərib:

“Bəziləri ümumiyyətlə qadınlarla necə danışmaq lazım olduğunu bilmir. Bu qərarımız qadınların pis hadisələrlə rastlaşmasını əngəlləmək üçündür”.

Mücahid bildirib ki, “keçici mərhələdə” evdə qalacaq qadınlar işlərindən çıxarılmayacaq və maaşlarında da problem olmayacaq.

“Taliban” həmçinin əfqanların Kabil hava limanına getməsinə icazə verilməyəcəyini açıqlayıb. Buna səbəb kimi müşahidə olunan xaosu göstərib.

Hava limanı ətrafında gözləyən kütlənin evə dönməsini vacib sayan sözçü əlavə edib ki, bu şəxslərin hər birinə təhlükəsizlik qarantiyası verirlər.

ABŞ-ın insanları hava limanına davam etdiyini bildirən Mücahid deyib ki, amerikallardan tələb edirlər ki, əfqanları ölkəni tərk etməyə cəsarətləndirməsin: “Bu insanların istedadlarına ehtiyacımız var”

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41