Bazar ertəsi, 20 May

ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı artdı 

image

Bazar günü ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Daha əvvəl 9 nəfərin öldüyü və 4 nəfərin yaralandığı bildirilmişdi. Qurbanların çoxu eyni ailənin üzvləridir. Həlak olanlar arasında 7 uşaq var.

11:19

ABŞ Silahlı Qüvvələrinin bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub. Onların hamısı eyni ailənin üzvləridir.

Xəbər verilir ki, bu barədə “CNN” qurbanların yaxınlarına istinadən məlumat yayıb.

Həlak olanların arasında ən kiçiyinin iki yaşı olmaqla, 6 uşaq var.

Xatırladaq ki, Amerika qüvvələri bazar günü Kabildə “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” yaraqlılarının planlaşdırdığı terror aktının qarşısını almaq üçün PUA-dan zərbələr endirib. Yaraqlıların partlayıcı maddə olan avtomobili məhv edilib.

Məlumata görə, ABŞ qüvvələrinin hücumu iki nəqliyyat vasitəsini və bir yaşayış binasını qismən dağıdıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41