Çərşənbə, 24 Aprel

Xızının icra başçısı Xəzər Aslanovun qanunsuz əməlləri - Faktlar

image

Bir müddət əvvəl Xızıda yerli fermerlərə məxsus torpaqlar icra başçısı Xəzər Aslanovun komandası tərəfindən zorla ələ keçirildiyi ilə bağlı mətbuatda silsilə xəbərlər yayıldı. Bir çox saytlar Xızı rayon icra başçısı Xəzər Aslanovun yerli fermer və sahibkarları sıxışdırdığı, onlardan rüşvət tələb etdiyi və torpaqlarını əllərindən aldığı ilə bağlı xəbərlərə yer verdi. Ancaq daha sonra məsələ çox qabardılmadı, lakin icra başçısı və yaxın ətrafının qanunsuz əməlləri səngimək bilmədi. Artıq illərdir ki, davam edən rayon sakinlərinin narazılığı bizi bu məsələni daha ətraflı şəkildə araşdırılmağa sövq etdi.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, şəhid plakatlarını sökdürməklə gündəmə gələn Xəzər Aslanov torpaqların ələ keçirilməsi işinin öz şərikləri Azər Əlizadə və Arzu Əzizovla birlikdə icra edib. Komanda fermerlərin torpaq sahələrinin ələ keçirilməsi üçün birbaşa Xəzər Aslanovun nəzarəti əsasında xüsusi üsuldan istifadə edib. Belə ki, Xəzər Aslanovun göstərişi ilə Azər Əlizadə rayon arxiv idarəsinin rəisi, Namiq Quliyevlə birlikdı Xızı rayon İcra Hakimiyyətində sovet dövründən qalma yazı makinasından istifadə etməklə reallaşdırıblar.

Azər Əlizadə vaxtilə rayona rəhbərlik etmiş şəxslərin adından kiril əlifbası ilə saxta sərəncamlar tərtib edib və tərtib etdiyi saxta sənədləri arxiv idarəsinin rəisi Namiq Quliyev rayonda işləmiş rəhbər şəxslərin imzasına oxşar şəkildə “təsdiqləyərək” arxivə yerləşdirib. Nəticədə, fermerlər torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı hər hansı etiraz etdikləri təqdirdə Xəzər Aslanovun komandası onların qarşısına möhürlü imzalı sənədlərlə çıxıb. 

Adı çəkilən şəxslər öz məqsədlərini həyata keçirmək üçün torpaq islahatlarının aparıldığı rəsmi xəritəyə də dəyişikliklər ediblər. Belə ki, torpaq islatahatı xəritəsində həyata keçirlən sürüşdürmələr nəticəsində rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı pay torpaqları qanunsuz olaraq ələ keçirilib. 

Bu üsulla Xəzər Aslanov rayon ərazisində bir çox fermerə məxsus torpaq sahəsini ələ keçirib. Digər fermerləri isə torpaqlarından əlindən alınacağı ilə təhdid edərək rüşvət tələb edib. İcra başçısı rüşvət verməkdən imtina edən və qanunsuz əməllərinə maneəçilik yaradan bəzi fermerləri də məhkəmə ilə hədələyir. Əldə etdiyimiz məlumatlara görə, Xəzər Aslanovla fermerlərdən biri arasında ciddi məhkəmə qalmaqalı yaşanıb. 

Məhkəmə fermerin hüquqlarını təmin etməsinə baxmayaraq Xəzər Aslanov nəticədən razı düşməyib. Apellyasiya məhkəməsində də məğlub olan  icra başçısı ən nəhayət məhkəmənin də qərarını heçə sayaraq fermerə hədə qorxu gəlməyə davam edir. Məsələ ilə bağlı Xızılı fermerlərdən birinin sosial şəbkələrdə məhkəmə prosesləri ilə bağlı paylaşımını da nəzərinizə çatdırmaq istəyirik.

http://aftafa.tv/M0/1/2021/04/images/20210402_152651_1617362811_1adfae1346.jpeg

Məlumatlarla görə, Xızının icra başçısı sözü gedən qanunsuz əməllərini kənd təsərrüfatı naziri İnam Kərimovla qohumluq əlaqələrindən sui-istifadə etməklə həyata keçirir. Xəzər Aslanov bu əlaqələrdən istifadə edərək öz sabiq müavini və əlaltısı Azər Əlizadəni də Kənd Təsərrüfatı Nazirliyində gəlirli sahələrdən birinə rəhbər vəzifəyə təyin elətdirməyə nail olub. Xatırladaq ki, Azər Əlizadə həm də Xızıda radikal dini cərəyanlardan birinin yaxın himayəçisi kimi tanınır.

Eyni zamanda Xəzər Aslanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Xəzər Aslanov Kəmaləddin Heydərovla kirvədir. İcra başçısının bu qədər rahatlıqla fəaliyyət göstərməsinin arxasında məhz bu amilin dayandığı hesab olunur.
Onu da qeyd edək ki, Xızı rayon İçra başçısının adı 1 milyon manat dövlət vəsatinin mənimsənilməsində də hallanır. Belə ki, 2013-cü ildə prezidentin sərəncamına əsasən, 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 3 milyon manat vəsait Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb. Lakin bu pulun böyük bir hissəsi təyinatı üzrə xərclənməyib. 

Xəzər Aslanovun bu məsələ və fermerlərin torpaqlarının ələ keçirməsi istiqamətində fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. 

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33