Cümə, 17 May

“Mu” ştammı ABŞ-ın 49 ştatına yayıldı

image

Yeni növ koronavirusun (COVID-19) “Mu” ştammı ABŞ-ın 49 ştatında aşkarlanıb.

Xəbər verilir ki, bu barədə “Daily News” nəşri yazıb.

“Mu” ştammı ABŞ-ın Havay və Alyaska da daxil olmaqla 49 ştatında aşkar edilib. Nebraska yeni ştammın hələ qeydə alınmadığı yeganə ştatdır.

“Delta” variantından daha yoluxucu və peyvəndlərə müqavimət göstərmək potensialına malik olduğu iddia edilən “Mu” ştammı ilk dəfə yanvar ayında Kolumbiyada aşkarlanıb. Kaliforniya ştatında 384 nəfərdə bu ştamma yoluxma müəyyən edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41