Cümə, 17 May

Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“

image

Son zamanlar bir çox əfqan qadını rəngarəng milli geyimlərlə şəkillərini sosial şəbəkələrdə paylaşır.

Xəbər verilir ki, Əfqanıstan zərif cins nümayəndələri “Geyimimə toxunma”, “Əfqanıstan mədəniyyəti” həştəqləri ilə çoxsaylı paylaşımla diqqəti çəkib.

Onlar “Taliban”ın yeritmək istədiyi şəriət hökmlərinə, xüsusən, burqa taxmaq məcburiyyətinə qarşı çıxıblar.

Hüquqlarının zədələndiyinə etiraz edən qadınlar hərəkətə keçiblər.

Digər tərəfdən, bir neçə gün əvvəl Kabildəki İbn Sina Universitetində oğlan və qız tələbələrin auditoriyada pərdə ilə ayrılması qlobal mediada etiraz dalğası doğurub.

Sosial mediada bir çox əfqan qadın bu ayrıseçkiliyin Əfqanıstanın ənənələrinə uyğun olmadığını bildirib. 

https://azadsoz.com/M0/1/2021/09/images/20210914_120643_1631606803_7f8996f797.jfif

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41