Cümə, 17 May

“Metsamor meyitxanasında 150 hərbçi cəsədi var” - Erməni deputat

image

Metsamor meyitxanasında xeyli sayda əsgər cəsədi öz yaxınlarını gözləyir. Bunu müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan deyib.

O, ərazidə yerləşdirilmiş xüsusi avtomobillərdəki "Spayk" soyuducu konteynerlərdən ikisinin artıq boşaldığını bildirib. Erməni deputat meyitxanada vəziyyətin dözülməz olduğunu söyləyib.

Zohrabyanın sözlərinə görə, meyit qoxusunun ətrafa yayılmaması üçün avtomobillərin yanında xüsusi avadanlıqlar quraşdırılıb.

"Morqun yerləşdiyi binada xüsusi otaq var. Oğullarını axtaran analar övladlarının şəkillərini oradakı divardan asırlar. Əsasən bədənin müxtəlif yerlərində döymə olan şəkilləri asıblar ki, yeni bir cəsəd və ya bədən parçası gətirilərsə, heç olmasa, döymə ilə eyniləşdirib tanıya bilsinlər. Tibb Universitetinin tələbələri artıq bir neçə aydır Metsamor meyitxanasında könüllü işləyir. Gənc tələbələr həm də oğlunu itirən anaların hekayəsini səbirlə dinləyən həmsöhbət rolunu oynayırlar”.

Erməni deputat qeyd edib ki, hazırda Metsamor meyitxanasında təxminən 150 cəsəd var və onların hər birindən DNT analizi götürülüb:

“Analizlərin cavabları gözlənilir. Morqun soyuducusunda ağ plastik torbalar var idi ki, onların da içində əsgərlərin cəsədlərindən qalan hissələr yığılıb. Başa düşürəm ki, oğullarını itirən analar əsgərlərin bir gün evin qapısını açacağına ümid bəsləyirlər. Amma meyitxanada üzləri qorunub saxlanılan və tanınan cəsədlər də var. Müdafiə Nazirliyi valideynlərlə də işləməli olan bir qurumdur. İşləyin və bu ağır işi- şəxsiyyətin müəyyənləşdirilməsini həyata keçirin. Təbii ki, Metsamor meyitxanasında tanınan cəsədlər çox da deyil".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41