Cümə, 17 May

Azərbaycanda narkobarona HÖKM OXUNDU - AĞIR CƏZA

image

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunan Müşfiq Mirzəyevin və Nadir Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xəbərə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Mirzəyev 17 il 6 ay, N.Babayev isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, N.Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış keçirilərkən oradan 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 39 kiloqram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd “Metadon” həbləri aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, M.Mirzəyev İrandan külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. O, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb və tanışı N. Babayevin bağ evinə gətirib. M.Mirzəyev xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41