Cümə, 17 May

İran özünü narahat hiss edir - Brayza

image

İran hazırda özünü bir az narahat hiss edə bilər, İranın yenidən Azərbaycan Ermənistan, Rusiya və Türkiyə arasında investisiya təşviqi qrupunda müsbət bir şəkildə iştirak etmək şansı var.

Bu sözləri  ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza deyib.

Onun sözlərinə görə, İran liderləri vəziyyətin daha sabit olduğunu müşahidə edirlər:

“Buna görə son günlərdə İranın yeni prezidentinin Tehranın Bayden Administrasiyası ilə nüvə danışıqlarına qayıdacağına işarə etdiyini gördük. İran geosiyasi gərginliyin artdığını hiss etsəydi, düşünürəm, bu cəsarətli addımı ata bilməzdi”, – deyə diplomat bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41