Cümə axşamı, 18 Aprel

Nəzakət Məmmədova ilə Əli Həsənovu İrana bağlayan nədir?

image

Bir müddət öncə sosial şəbəkələrdə Pakistanın Azərbaycanın düşməni olması ilə bağlı iddialar səsləndirilmişdi. İddiaların müəllifi isə siyasi ekspert Nəzakət Məmmədova idi. O, bu fikirləri AĞ partiyanın sədr müavini Əhəd Məmmədli ilə Musavat TV-nin canlı efirindəki debat zamanı səsləndirib. İkinci Qarabağ müharibəsinin il dönümünün yaxınlaşdığı bir vaxtda efirdə bu cür açıqlamalarla çıxış etmək olduqca təəccüblüdür. Bu iddialarla yanaşı debat zamanı səsləndirilən digər fikirlər də Nəzakət Məmmədovanın siyasi ekspert kimi fəaliyyəti ilə bağlı bəzi suallar doğrur.

Nəzakət Məmmədovanın siyasi şərhçi və politoloq kimi məşhurlaşması bir neçə il əvvələ təsadüf edir. Hələ media qurumlarının intim videoları haqda ilk söhbət açan PA keçmiş şöbə müdiri Əli Həsənovun birbaşa nəzarəti altında olduğu dövrdə Nəzakət Məmmədova bəzi xəbər saytlarında siyasi təhlilçi və politoq kimi şərhlər verirdi. PA-nın keçmiş şöbə müdirinin, medianın Azərbaycanda qənimi olmuş şəxsin nəzarətində fəaliyyət göstərən saytların (xüsusilə “Kaspi”) Nəzakət Məmmədovaya geniş imkanlar yaratması da bu prosesə birbaş təsir göstərən amil idi.

Siyasi şərhçiliyə gedən yol Əli Həsənovun kabinetindən keçir?

İlk vaxtlar ictimai sferada elə də ciddi qəbul edilməyən Nəzakət Məmmədovanın siyasi təhlilçi kimi yetişməsində Əli Həsənovun böyük rolu olduğu görünür. Çünki Əli Həsənovun vəzifədə olduğu dövrdə onun icazəsi olmadan heç kim media məkanında özünə yer tapa bilmirdi. Əli Həsənov əlindəki media imkanlarından istifadə edərək istənilən adamı siyasi şərhçiyə və ya ekspertə çevirməyə qadir idi. Bu baxımdan Nəzakət Məmmədovanın da Əli Həsənovun yetirmələrindən biri olduğu şübhəsizdir.

Əsas sual isə Əli Həsənovun Nəzakət Məmmədova barəsindəki planları ilə bağlıdır. Analitik qabiliyyətləri inkişaf etməmiş Nəzakət Məmmədovadan siyasi təhlilçi düzəltmək Əli Həsənovun nəyinə lazım idi?

Əslində bu sualın cavabını Əli Həsənovun vəzifədə olduğu dövrdə gördüyü işlərdə axtarmaq lazımdır. Prezident Administrasiyasının sabiq şöbə müdirinin jurnalistikaya yenicə qədəm qoyan neçə neçə xanımı “məşhurlaşdırdığı” və bunu hansı məqsədlə etdiyi məlumdur. Hər zaman şəxsi ambisiyalarını üstün tutan Əli Həsənovun Nəzakət Məmmədovaya qarşı hərtərəfli “marağı” da məhz bundan qaynaqlanır.

Nəzakət Məmmədovanı müxalifətçi olmağa vadar edən səbəblər

Nəzakət Məmmədovanın karyerasında önəmli dönüş nöqtəsi isə Əli Həsənov vəzifədən uzaqlaşdırıldıqdan sonra baş verib. Belə ki, Əli Həsənov vəzifədən kənarlaşdırıldıqdan sonra Türkiyəyə və ardınca da Dubaya səfər edib. Həmin bu səfərlərlə eyni vaxtda da Nəzakət Məmmədova mediada müxalif fikirlərlə çıxış etməyə başlayıb.

İlk öncə xaricdə fəaliyyət göstərən blogger Qurban Məmmədovun YouTube kanalındakı canlı yayımlara qoşulan Nəzakət Məmmədova tədricən müxalif siyasi şərhçi kimi tanınmağa başlayıb. Qurban Məmmədovun Əli Həsənovla birbaşa əlaqəli şəxs olduğu və onun birbaşa dəstəyi ilə Nərimanov rayonunda evlə təmin olunması da hər kəsə məlumdur. Nəzakət Məmmədovanın müxalif karyerasının Əli Həsənovun əli ilə başlaması da bir digər maraqlı məqamdır.

Nəzakət Məmmədovanın İranla nə bağlayır?

Lakin görünən odur ki, Nəzakət Məmmədova müxalif istiqamətdə o qədər də uğurlu ola bilməyib. Son dövrlərdə isə onun fəaliyyətində təhlükəli və daha ciddi tendensiyaalr nəzərə çarpır. Hər zaman güclü sponsor axtarışında olan Nəzakət Məmmədova bu dəfə İranla yaxınlaşmağa başlayıb. Təsadüfi deyil ki, onun Pakistanı Azərbaycanın düşməni adlandırması da birbaşa İranın maraqlarına xidmət edən açıqlamadır. Onun bu və ya digər açıqlamaların İrandan idarə olunan şəxslər və səhifələr tərəfindən tirajlanması da məsələnin bir digər tərəfidir.

Belə ki, son dövrlərdə Nəzakət Məmmədovanın açıqlamaları arcıdıl şəkildə sosial şəbkələrdə İran təbliğatı ilə məşğul olan Afik Əli, Rza Kerimov, Əbəlfəz Huseynov, Huseyn Huseynli, Şahin Urfullayev adlı profillər və İctimaiyyətin Məlumat Agentliyi, Sabah Azeri adlı İrandan idarə olunan səhifələr tərəfindən tirajlanır. Hətta bu profillərdən bəziləri Nəzakət Məmmədovanın dostluq siyahısında yer alır.

Qeyd edək ki, Nəzakət Məmmədova bir müddət əvvəl Azərbaycanda İrana qarşı qara yaxma kampaniyası aparıldığını dilə gətirmiş və azərbaycanlıları İrana qarşı ədalətli olmağa dəvət etmişdi.

İranın Ermənistana yardımları məsələsinə heç vaxt münasibət bildirməyən Nəzakətin isə İranın maraqlarından çıxış etməkdə nəyi hədəflədiyi və ya bu addımı kimlərin sifarişi ilə etdiyi isə artıq bəllidir.

Mövzunu izləyin!

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28