Cümə axşamı, 16 May

Bölgədə durum dəyişir: Müharibə hər an başlaya bilər - Nazir xəbərdarlıq etdi

image

Tayvanın Müdafiə naziri Çiu Ko-çen Çinlə gərginliyin 40 ildə heç vaxt olmadığı qədər artdığını bildirdiyi vaxt, Çin dövlət mediası müharibə xəbərdarlığı edib.

Xəbər verilir ki, Çin ordusuna məxsus təyyarələr Tayvanın hava məkanını dəfələrlə pozduqdan sonra iki ölkə arasında gərginlik artıb.

Tayvan Çin Hərbi Hava Qüvvələrinə məxsus təxminən 150 təyyarənin son 4 gün ərzində hava məkanına daxil olduğunu açıqlayıb və bunu təcavüz kimi qiymətləndirib.

Tayvanın müdafiə naziri Çiu Ko-çen hərbi xidmətdə olduğu 40 ildən artıq müddətdə ilk dəfə münasibətlərin bu qədər gərgin olduğunu bildirib.Çiu strateji əhəmiyyətli Tayvan boğazında silahlı qarşıdurma riskinin artdığını deyib.

Çin lazım gələrsə Tayvanı güc yolu ilə özünə ilhaq edəcəyini bildirsə də, Tayvan müstəqil ölkə olduğunu, azadlığı və demokratiyanı müdafiə edəcəyini açıqlayıb.“Global Times” qəzeti bölgədə artan gərginliyin ABŞ və Çini üz-üzə qoyduğunu yazıb. Çin nəşri Tayvannın “odla oynadığını” bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00