Bazar ertəsi, 20 May

Əli Həsənov Facebook-dan niyə getdi...

image

Son vaxtlara qədər tez-tez Facebook-da müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkədə gözə dəymir.

Qeyd edək ki, Ə.Həsənov Facebook-da ölkə əhəmiyyətli hadisələrinə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Bəs sabiq müdiri niyə susur?

Məlum olub ki, Əli Həsənov Facebook-dakı profilini dondurub.  Bu səbəbdən də onun sosial şəbəkədəki aktivliyi müşahidə olunmur.

Doğrudur, Facebook-da Ə.Həsənova məxsus bir səhifə var, amma orada sonuncu paylaşım 13 iyul tarixində edilib və o vaxtdan bəri yenilənmə olmayıb.

Əli Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonuncu dəfə onun adı KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin cinayət işi üzrə keçirlən məhkəməsində hallandırılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41