Cümə, 17 May

Bəhruz Quliyev dövlətə qarşı üsyan edir

image

Yaxın günlərdə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevlə bağlı kütləvi informasiya vasitələrində silsilə xəbərlərə yer verilir. Rasim Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiya və mənimsəmədə ittiham olunur.

Lakin Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hər vəcdlə qardaşını sudan quru çıxarmağa çalışır. Rasim Quliyevin hər hansı qanunsuz əməllərinin olmadığını iddia edən Bəhruz Quliyev ittihamların heç birini qəbul etməyərək dövlətə üsyan edir. Rasim Quliyevlə bağlı mediada gedən xəbələrə də aqressiv reaksiya verən baş redaktor digər xəbər saytlarını və jurnalistləri təhdid etməkdən belə çəkinmir. Məlumatlara görə, Bəhruz Quliyev hətta YAP-ın rəsmi media orqanı olan “Səs” qəzetini də qardaşı Rasim Quliyevin müdafiəsinə cəlb etməyə çalışır. 

Əlaqələrindən istifadə etməklə müxtəlif saytlarda qardaşı haqqında yazılan xəbələri sildirməyə çalışan Bəhruz Quliyev bəzi jurnalistlərə Rasim Quliyevlə bağlı xəbərlərin silinməsi üçün pul təklif etdiyi ortaya çıxıb. Bu təklifin uğurlu olmadığını görən Bəhruz Quliyev son çarə kimi şantajdan istifadə etməyə başlayıb. Təklifləri ilə razılaşmayan media qurumları haqqında əsassız yazılar yazacağını, onları biabır edəcəyi və dövlətə qarşı fəaliyyətdə ittiham edəcəyi ilə hədələyən Bəhruz Quliyevin bu vasitə ilə nəyə nail olmağa çalışdığı isə məlum deyil. 
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41