Bazar, 19 May

Kanada 40 min qaçqın qəbul edəcək

image

Kanada Əfqanıstandan gələn 40 min qaçqın qəbul edəcək.

Xəbər verilir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo özünün "Twitter" hesabında yazıb.

Bundan əvvəl ölkənin İmmiqrasiya Nazirliyi Kanadanın ən həssas qruplardan olan 20 mindən çox qaçqın qəbul edəcəyini bildirmişdi.

Qeyd edək ki, avqustun əvvəlində "Taliban" Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi və avqustun 15-də Kabilə girdi. "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Qərb ölkələri ilə əməkdaşlıq edənlər daxil olmaqla çoxlu sayda Əfqanıstan vətəndaşı ölkəni tərk etdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41