Bazar, 19 May

“İranın hərbi təlimləri Ermənistana böyük dəstək idi” – Seyrah Ohanyan

image

“İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.

Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.

“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, - deyə Ohanyan bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41