Bazar ertəsi, 20 May

Ərdoğan PUA-lardan danışdı - “Bir nömrəli olacağıq”

image

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxış edib.

Xəbər verilir ki, qardaş ölkə lideri çıxışında yeni mesajlar verib.

Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib:

“Pandemiya dövründə G-20 ölkələri problem yaşayanda biz böyüyən ikinci ölkə olduq. 2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram. Pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram. Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik”.

Türkiyə prezidenti əlavə edib ki, gələn ilin sonunadək elektrikli avtomobillərin istehsalı başa çatacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41