Cümə axşamı, 16 May

İrana qarşı şok plan: Nüvə obyektlərini vurmaq üçün...

image

İsrailin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1.53 milyard dollar) ayırdığı iddia edilib.

Xəbər verilir ki, bu barədə İsrailin “Kanal 12” telekanalının yaydığı məlumatda bildirilib.

Məlumatda 3 milyard şekelin bu ilin büdcəsinə, 2 milyard şekelin isə gələn ilin büdcəsinə əlavə ediləcəyi deyilib.

Bu fondun İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün təyyarələrə, kəşfiyyat məlumatlarının toplanmasına və xüsusi silahlanmaya ayrılacağı vurğulanıb.

“Kanal 12”nin iddiası ilə bağlı hələlik İsrail rəsmilərindən açıqlama verilməyib. İsrail baş qərargah rəisi Aviv Koçavi keçən ay verdiyi açıqlamada İranın nüvə proqramına hücum planlarının icrasını önəmli dərəcədə sürətləndirdiklərini demişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00