Şənbə, 18 May

Kremldən Ukrayna ordusunun dron zərbəsinə dair açıqlama – “Rusiyanın narahatlığı özünü doğruldur”

image

“Türkiyənin Ukraynaya hücum dronları satmaq qərarından Rusiyanın narahatlığı özünü doğruldur, Türkiyə dronları Ukraynanın şərqində sabitsizlik riski yaradır”.

Xəbər verilir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna hökumət qüvvələrinin ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıların mövqeyinə Türkiyə istehsalı olan “Bayraktar TB2” dronu ilə uğurlu zərbə endirməsi haqda xəbər yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Bayraktar”-ın zərbə anının videosunu da yayıb. Dron zərbəsiylə qarşı tərəfin bir artilleriya qurğusunun məhv edildiyi bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41