Cümə, 17 May

ABŞ PKK/YPG-yə 50 TIR silah göndərdi

image

Türkiyənin Suriyada hərbi əməliyyatı öncəsi ABŞ daha bir skandala imza atıb.

Xəbər verilir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya karvanının PKK/YPG terror təşkilatının işğal altında saxladığı Qamışlıya daxil olduğu bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, Qamışlıya çatan konvoyda loqistika materialları və silahlarla dolu 50 TIR olduğu qeyd edilir.

Bu arada PKK/YPG ABŞ-dan aldığı Bradley tipli zirehli texnikanın görüntülərini paylaşıb.

Qeyd edək ki, ABŞ bu vaxta qədər PKK/YPG-yə 60 min TIR silah göndərib. Yardımla yanaşı, YPG terrorçularına təlim də keçirilir.

Silahlandırılan terrorçular Suriyanın şimalında Hasəkə, Deyr əz-Zor və Qamışlı düşərgələrində təlim keçdikdən sonra terror aktları həyata keçirməyə təşəbbüs edirlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41