Çərşənbə, 24 Aprel

Medianın İnkişafı Agentliyində korrupsiya şoku – nə baş verir?

image

Artıq iki aydır ki, Medianın İnkişafı Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən bir sıra saytlar üçün nəzərdə tutulan aylıq maliyyə yardımlarının ödənişi gecikdirilir. Bu gecikmənin nədən qaynaqlandığı və nə vaxt həll ediləcəyi barədə isə hər hansı məlumat verilmir. Lakin son dövrlərdə agentliyin fəaliyyətində müşahidə olunan problemlərlə bununla da yekunlaşmır.

2021-ci ilin noyabr ayının əvvəllərində bəzi saytlarda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində ixtisarların aparılması barədə məlumatlar yayılıb. Məlumatlara əsasən, agentliyin əməkdaşlarına əsaslandırılmamış şəkildə yüksək maaş təyin edildiyi və 50-yə yaxın əməkdaşın 2500-3000 manat əməkhaqqı aldığı qeyd olunub. 

Bu həcmdəki ödənişlər agentliyin büdcəsinin tükənməsinə və qurumun maliyyələşmə üçün Maliyyə Nazirliyinə müraciət etməsi ilə nəticələnib. Amma Maliyyə Nazirliyi müvafiq qurumlarla aparılan məsləhətləşmələrdən sonra maliyyələşmədən imtina edib. Maliyyə problemini həll edə bilməyən agentlik isə çıxış yolu kimi ixtisarlara başlamağı uyğun görüb. 

Eyni tarixdə Medianın İnkişafı Agentliyində maliyyə yoxlamalarına start verilməsi ilə bağlı da xəbərlər yayılmağa başlanıb. Maliyyə yoxlamalarının agentlikdəki büdcə kəsi ilə əlaqəli olub olmadığı məlum olmasa da, bu proses agentliyin fəaliyyətinə ciddi təsir etdiyi məlum olub. Belə ki, artıq iki aydır Medianın İnkişafı Agentliyi tərəfindən müxtəlif saytlara ödənilən aylıq yardımlar yubadılır. Yardımların nə üçün və hansı səbəblə yubadılması barədə isə hər hansı məlumat verilmir. 

Bəzi mənbələrin fikrincə, bu yubanmaya əsas səbəb agentliyin fəaliyyətində ciddi qüsurların aşkar edilməsi ilə əlaqədardır. Baş verənlərlə bağlı qurumun səlahiyyətli şəxsləri tərəfindən müxtəlif media orqanlarına bir-birini təkzib edən açıqlamalar verilib. Agentlik nümayəndələri birmənalı şəkildə yoxlamalardan xəbərdar olmadıqlarını və saytlar üçün ayrılacaq vəsaitin nə zaman ödəniləcəyi barəsində məlumatsız olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvarında çap mediası ilə bərabər onlayn media subyektləri və informasiya agentliklərinin layihələrinə maliyyə dəstəyi vermək məqsədilə yaradılıb. Ancaq bu qədər qısa vaxt ərzində yeni yaradılmış bir qrumda maliyyə maxinasiyalarının ortaya çıxması və buna adekvat olaraq yoxlamalara start verilməsi olduqca təəccüblüdür.

Qeyd olunan nüanslar və mətbuatda yayımlanan məlumatlar agentliyin fəaliyyətində ciddi qüsurların aşkarlandığını deməyə əsas verir. Medianın İnkişafı Agentliyi özündən əvvəl oxşar fəaliyyətləri icra edən və adı böyük həcmdə maliyyə maxinasiyalarında hallanan KİV Dəstək Fondunun yerinə yaradılmış qurumdur. Görünən odur ki, KİV DF-dəki maliyyə maxinasiyaları və korrupsiya faktları hər necəsə agentliyə də sıcramağı bacarıb. Ya da konkret şəxslər bu korrupsiya fəaliyyətlərini davam etdirməkdə israrlıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33