Cümə, 29 Mart

Aslan İsmayılov: “Məmur-korrupsioner Səttar Möhbalıyev özünə yeni sahib tapıb”

image

4 il bundan əvvəl haqqımda ard-arda cinayət işləri qaldırılanda, qondarma mülki icraatlar başlayanda hesab edirdim ki, həyatımın ən çətin anlarıdır. Bu Xalqın müqəddəs nəyi varsa məhv etməyə çalışan cütlük (R.Mehdiyev – Ə.Həsənov) vəzifələrindən azad ediləndən, xüsusən Vətən Müharibəsindəki qələbədən sonra hesab etdim ki, nəhayət ki, rahat günlərim başlayacaq. Əksinə oldu. Səmimi deyirəm ki, bu günlər daha ağır mənəvi-psixoloji durumdayam. Bir tərəfdən ümidlərimin puç olduğunu görürəm, digər tərəfdən mənim xoş niyyətlə insanları gələcəyə nikbin ruha kökləmək istəyimin kimlərəsə yarınmaq kimi qələmə verənlərin yazılarını oxuyuram və düşünürəm ki, bəlkə son illər susan ziyalılar elə düz edirlər. Sakit dayanıb ətraflarında baş verən faciələri seyr edib bacardıqca şəxsi maraqlarını təmin edirlər.

Xəbər verilir ki, bu fikirlər hüquqşünas Aslan İsmayılovun “Facebook” hesabından yazdığı statusda öz əksini tapıb.

Vətən müharibəsi başa çatdıqdan sonra da ölkədə bir sıra problemlərin həll olunmadığından gileylənən Aslan İsmayılov Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyev haqqında da tənqidi fikirlərini qeyd edib:

“Əvvəllər ölkəni talan edənlər bu gün də öz işlərindədirlər. 20 ildən artıq deputat olan, qazinin əmlakını əlindən almaqla onu özünü öldürməyə vadar edən, qohum-əqrəbasının evində qətl törədilən, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri məmur-korrupsioner Səttar Möhbalıyev başçılıq etdiyi ictimai təşkilatla öz əmlakı kimi davranmaqda davam edir. Patronları Ramiz Mehdiyev və qudası Əli Həsənov vəzifəsindən kənarlaşandan sonra məsuliyyətə cəlb olunmaq əvəzinə özünə yeni patron tapıb fəaliyyətini uğurla davam etdirir. Onu kimi başqaları da iş başındadırlar, sadəcə sahiblərin dəyişdirilməsi baş verir”.

Hüquqşünas qazilərə olan münasibətdən də gileylənib:

“Vətən Müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına olan münasibət heç bir əndazəyə sığmır. Müharibə dövrü tuman altında gizlənən məmur balaları dədələri kimi eyş-işrət içində, torpaq uğrunda can verənlər isə imdad diləyirlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45