Cümə, 17 May

İranın sünni alimindən etiraz: “Beləsi heç peyğəmbərin dövründə olmayıb”

image

İranın sünni alimi Mövləvi Əbdülhəmid İsmayılzehi ölkədə ölüm hökmlərinin və edamların artdığını bildirərək buna etiraz edib.

Xəbər verilir ki, İsmayılzehi bu barədə Tvitter hesabında yazıb.

“Son dövrdə ölüm hökmlərinin icrası artıb. Belə edam hökmləri peyğəmbər, Rəşid xəlifələri və Əhli-beyt imamları dövründə görülməyib. Biz məhkəmə orqanlarından xahiş edirik ki, belə hökmlərin verilməsi və icra olunmasını nəzərdən keçirsinlər”, - İsmayılzehi bildirib.

BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman bundan əvvəl sözügedən qurumun Baş Assambleyasının İnsan Haqları Komitəsində çıxışı zamanı bildirib ki, İran edam cəzasını narahatedici səviyyədə həyata keçirməyə davam edir.

İranda 2020-ci ildə 4-ü uşaq olmaqla 250-dən çox məhbusun edam edildiyini qeyd edən Rəhman bu il 9-u qadın və 1-i uşaq olmaqla 230 nəfərin gizli şəkildə edam olunduğunu açıqlayıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58