“Taliban” Kabil şəhərində İŞİD qruplaşmasına qarşı əməliyyat keçirib
“Taliban” Kabil şəhərində İŞİD qruplaşmasına qarşı əməliyyat keçirib
“Taliban” hərəkatı Əfqanıstanın paytaxtı Kabilin şimalında İŞİD qruplaşmasına qarşı əməliyyat keçirib.
Xəbər verilir ki, polisin məlumatına görə, əməliyyat nəticəsində azı üç İŞİD silahlısı öldürülüb. Hazırda bu rayon taliblərin təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.
Xatırladaq ki, dünən Kabildə iki partlayış baş verib. Daşte-Barçi ərazisində törədilən ilk partlayış nəticəsində dörd nəfər həlak olub, iki nəfər yaralanıb. Kabilin qərb hissəsində baş verən ikinci partlayış nəticəsində isə beş nəfər həlak olub, yeddi nəfər yaralanıb. İŞİD qruplaşması hər iki partlayışın məsuliyyətini üzərinə götürüb.
Aftafa.tv