Çərşənbə axşamı, 07 Dekabr

Səhiyyə Nazirliyi vaksinlərin hamilələrə təsirinə aydınlıq gətirdi

image

"COVID-19 vaksinləri yeni olduğundan hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələlik dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri "canlı" peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz".

Xəbər verilir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.

O qeyd edib ki, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub: "mRNT vaksinləri də (Pfizer və Moderna) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərdi ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır".

Mütəxəssis COVID-19 vaksinlərinin ana bətnində olan körpələrə təsiri barədə də danışıb: "COVID-19 vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur. Bundan əlavə, COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təstiqini tapmayıb".

Peyvəndlərin ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilməsi məsələsinə aydınlıq gətirən nazirlik rəsmisi əlavə edib ki, bu mövzuda kifayət qədər araşdırma yoxdur: "Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah qar yağacaq

  • 07.12.2021 - 14:26