Şənbə, 20 Aprel

TIR 17 yaşlı Laləni atasının gözləri qarşısında vurub - FOTO

image

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verilir ki, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. O, hadisə yerində ölüb.

Lalə Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub. 

Hadisə baş verən gün 2004-cü il təvəllüdlü Lalə Süleymanova atası ilə birlikdə onlara qonaq gələn qohumlarını qarşılamağa gedirmiş. Dərsdən çıxdıqdan sonra magistral yolun kənarına gələn Laləni yolun digər tərəfində atası gözləyirmiş. Bu zaman yolu keçmək istəyən Laləni yüksək sürətlə gələn yük maşını vurub. Hadisə 17 yaşlı qızın atasının gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20