Cümə, 29 Mart

Məşhur müğənni iş adamına bıçaqla hücum etdi – VİDEO

image

Məşhur türkiyəli müğənni Çingiz Kurtoğlu “Orxan Gəncəbəyi təhqir etdiyini” iddia edərək iş adamı Mustafa Cana bıçaqla hücum edib. 

Xəbər verilir ki, Çinğiz Kurtoğlu rəfiqəsi Tolqa Yücelin ad gününə qatılmaq üçün onun evinə qonaq gəlib. Həmin tədbirdə Mustafa Can adlı iş adamı da iştirak edib. Söhbət əsnasında musiqiçi ilə iş adamı arasında mübahisə yaranıb. Bu zaman Çingiz Kurtoğlu iş adamının üzərinə bıçaqla hücum edib və nəticədə Mustafa Can üz nahiyyəsindən xəsarət alıb.

Məşhur musiqiçi iş adamının şikayəti əsasında Sarıyer Asayiş Bürosunda ifadə verib.

Kurtoğlu bildirib ki, iş adamı xəbərdarlığına baxmayaraq, sənətçiləri təhqir edib, qarşı tərəfi bıçaqla yox, dırnağı ilə yaralayıb.

Qeyd edək ki, hadisə anı təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45