YAP və Bakı Şəhər İcra Hakimiyyəti arasında qalmaqal
YAP və Bakı Şəhər İcra Hakimiyyəti arasında qalmaqal
Yeni Azərbaycan Partiyası (YAP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.
Əldə etdiyimiz məlumata görə, YAP BŞİH-nə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiası İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrlə bağlıdır. İşə hakim Nəriman Abdıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.
Aftafa.tv