Cümə, 29 Mart

“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçilib

image

Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

Məlumata görə, V turun ən yaxşısı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olub.

Ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin “Omoniya” klubunun futbolçusu Bakıda “Qarabağ”ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45