Şənbə, 18 May

Xədicə İsmayıldan partiya sədrlərinə ironik tənqid - Avtobusa minsələr bundan yaxşı idi

image

Noyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov arasında görüş keçirilib. Görüşdən paylaşan fotoşşəkillər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Əli Kərimli və Əli İnsanov arasında keçmişdə yaşanan qalmaqalları xatırladaraq tərəfləri qınaq obyektinə çeviriblər.

Baş verənlərlə bağlı olduqca yaradıcı yanaşmalara da rast gəlinib. Tanınmış jurnalist Xədicə İsmayıl da fotoya ironik yanaşması ilə fərqlənənlər arasındadır. O, “avtobusa minsələr, bundan yaxşı idi” şərhi ilə sözügedən fotonu sosial şəbəkə hesabında paylaşıb. “Avtobus müxalifəti” ideyasının geniş müzakirə edildiyi son günlərdə Xədicə İsmayıl bu sözləri ilə hədəfi tam 12-dən vurub.

Belə ki, Əli Kərimli və Əli İnsanov arasındakı görüş məsələsi çox qəribədir. Çünki bir-birini təhqir edən şəxslərin indi çay süfrəsi arxasında bir araya gələrək səmimi poz vermələrini başqa cür mənalandırmaq mümkün deyil. Elə buna görə də Xədicə İsmayılın yanaşması iki Əli-nin görüşünü tam şəkildə izah edir.

Qeyd edək ki, bir müddədir əvvəl, xanım jurnalistin ReAl partiyasının sədri İlqar Məmmədovun fəaliyyətindən narazı olduğu da məlum idi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41