Rusiya Belarusa görə savaşacaq – Senator
Rusiya Belarusa görə savaşacaq – Senator
NATO tərəfindən Belarusun ərazi bütövlüyü pozularsa, Rusiya Minskin müraciəti əsasında yardım edəcək.
Xəbər verilir ki, bu sözləri Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, Rusiya Belarusa KTMT üzvü olaraq dəstək göstərəcək.
“Əgər reak şəkildə işğal faktı olsa, biz bunu diqqətdən kənarda qoymayacağıq”.
Senator onu da qeyd edib ki, bu, müharibə deyil, konflikt olacaq və Rusiya onu dərhal “söndürəcək”.
Aftafa.tv