Cümə, 17 May

İngilis nəşri Makronu aşağıladı: “Vedrə…”

image

Ötən günlərdə Fransanın Pa-de-Kale bölgəsindən İngiltərəyə gedən qayığın Manş boğazında batması nəticəsində 31 nəfər həlak olub.

Xəbər verilir ki, Böyük Britaniya Baş naziri Boris Conson bundan sonra Emmanuel Makrondan Fransadan ölkəsinə gələn qaçqınları geri qaytarmağı istəyib.

Conson Makrona göndərdiyi açıq məktubunda deyib: “Mən təklif edirəm ki, Manş boğazını qeyri-qanuni keçən bütün qaçqınların geri qaytarılmasına icazə vermək üçün ikitərəfli readmissiya sazişi bağlayaq”.

Makron baş nazirin bu təklifinə sərt reaksiya verib.

Fransa lideri onu qeyri-ciddilikdə ittiham edib: “Metodlar ciddi olmayanda təəccüblənirəm”.

İngiltərə baş nazirini sosial şəbəkə vasitəsilə ünsiyyət qurmaq əvəzinə ənənəvi diplomatik kanallara üstünlük verməyə dəvət edən Makron bildirib: “Sosial şəbəkə və açıq məktublar vasitəsilə bu mövzularda liderlər arasında dialoq ola bilməz”.

İngilis mətbuatı isə Makronun qəzəbləndiyini və irrasional siyasət yürütdüyünü bildirərək, Fransa liderinə yeni ləqəb verib.

Britaniyanın Avropa Birliyindən ayrılmasından sonra Makronun xarici siyasətinin relsdən çıxdığını yazan “Daily Mail” Fransa prezidentini “Vedrə Napoleon” adlandırıb.

Rəsmi London hesab edir ki, Makron Breksitin qisasını almaq üçün ona qarşı bütün istiqamətlərdə hücuma keçirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58