Şənbə, 20 Aprel

Azərbaycanda ticarət mərkəzində YANĞIN - YENİLƏNİB

image

Fövqəladə Hallar Nazirliyi bu gün Şirvan şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

Verilən məlumata görə, Şirvan şəhərində ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan müşahidə otağının lambirindən ibarət tavanı, içərisində masa, kompüter, müşahidə kamerasının avadanlıqları və ümumi sahəsi 20 m² olan anbarın lambirindən ibarət tavanı yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 14:12

Şirvanda ticarət mərkəzində yanğın baş verib.

Xəbər verilir ki, Şirvan şəhərində yerləşən ticarət mərkəzinin xidməti otağında baş verən yanğına qısaqapanma səbəb olub.

Yanğın Şirvan YMX-nın yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb. Yanğın zamanı 80 kvadratmetr sahəni əhatə edən müşahidə kameralarının server otağı, anbarda yerləşən tütün məmulatları və mərkəzin əməkdaşlarının şəxsi əşyaları yanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20