Cümə, 19 Aprel

Ramin Məmmədovun Sabirabad şərgüşətləri - FOTO

image

Noyabrın 26-da Fransanın Azərbaycandakı səlahiyyətli səfiri Zakari Qross və tanınmış fotoqraf Reza Deqatinin iştirak etdiyi heyət Sabirabad rayonunda səfərdə olublar. Səfər çərçivəsində qonaqlar rayondakı yeni istifadəyə verilmiş “ASAN Xidmət” mərkəzinin fəaliyyət ilə tanış olub, Kür və Araz çaylarının qovuşduğu Suqovuşana baş çəkiblər.

Qonaqlarla yanaşı səfərdə Milli Məclisin deputatları Ramin Məmmədov, Kamal Cəfərov, Soltan Məmmədov da iştirak ediblər. Görüş təkcə qonaqları və məqsədi ilə deyil, eyni zamanda Ramin Məmmədovun özündənrazı davranışları ilə də yadda qalıb.

Belə ki, səfərin rəsmi xarakter daşımasına baxmayaraq, baş verənlərə qeyri-rəsmi yanaşan Ramin Məmmədov Fransa səfirinin və digər qonaqların qarşısında adekvat olmayan hərəkətlərə yol verib. Sabirabadın deputatı olması səbəbi ilə özünün evində hiss edən Ramin Məmmədov bütün fotoların mərkəzində yer alıb. Öz missiyasını unudan millət vəkili önəmli səfəri öz şəxsi fotosessiyasına çevirməkdən də çəkinməyib. Səfərin fotoşəkilləri ilə tanış olduqda Sabirabadda əslində nəyin baş verdiyini daha yaxşı anlamaq olur. Ramin Məmmədov sosial şəbəkə hesablarında özünün mərkəzdə olduğu fotoları paylaşması, üstəlik bu paylaşımlarını sponsorlu tirajlaması da səfərin deputatın şəxsi reklamına xidmət etdiyi deməyə əsas verir.

Fransa səfirinin və məşhur fotoqraf Reza Deqatinin ikinci və üçüncü plana düşdüyü səfər fotolarını Ramin Məmmədovun silueti bəzəyir. Əli cibində, bütün diplomatik etiket qaydalarını yaddan çıxararaq “toyxana adamı” tərzində verdiyi pozlarla Ramin Məmmədov səfərin həqiqi məqsədini sorğulamağımıza səbəb olub. Sabirabadın deputatı olan bir şəxsin önəmli səfəri bu cür şəxsi reklam vasitəsinə çevirməsinin səbəbləri isə təəccüblüdür. Görəsən Ramin Məmmədovu Fransız səfirdən və Reza Deqatidən daha təkəbbürlü olmağa vadar edən nədir? Ramin Məmmədov nəyə və kimə güvənir ki, önəmli bir səfəri bu cür ucuz şouya çevirməkdən çəkinmir?

Əgər cənab deputat Sabirabada belə aşiqdirsə və könlü fotosesiya etmək istəyirsə, bu günə qədər niyə arzusunu reallaşdırmırdı? Yoxsa Fransz səfirin, ya da Reza Deqatinin gəlişi Ramin Məmmədovun gizli istəklərini qabardıb? Bu sualları cavablandırmaq çətindir. Lakin Sabirabad üçün olduqca əhəmiyyətli ola biləcək bir səfərin Ramin Məmmədovun kölgəsində qalması təəssüfləndirici haldır.

Nəticədə xarici ölkə səfirlərinin Azərbaycanın regionlarına olan marağının elə də çox olmadığı bəllidir. Bu cür səfərləri yeni imkanlara çevirmək və Azərbaycanın önəmli bölgələrindən olan Sabirabadı tanıtmaq üçün istifadə etmək daha doğru addım olardı, nəinki bu səfəri şəxsi fotosesiyaya çevirmək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20